-
- 30-05-2024, 19:22
- 560
"Pərviz deyib ki, Türkana söz atan qarşısında məni görəcək" – VİDEO
Müğənni Türkan Vəlizadə onun əməliyyatını məsxərəyə qoyan kişi həmkarının cavabını verib.
News24.az bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "İncə səhər" verilişində danışıb.
Türkan ona söz atan sənət yoldaşının adını çəkməsə də, efirdən ismarış yollayıb:
"Görürəm ki, həmkarlarımdan bir nəfər var ki, mənə söz atmağa çalışır. O da kişi ifaçıdır. Ona buradan deyirəm ki, kişi kişi ilə dava edər. Qadınla kişi dalaşmaz. O haqqımda deyir ki, "Türkan gözünü, qaşını dartdırıb". Qardaş get sən də dartdır. Bəs sən kişisən, mən isə qadınam. Mənə lazımdır ki, gedirəm qaş-gözümü dartdırıram (gülür). Duet ortağım, meyxanaçı Pərviz Bülbülə deyib ki, Türkana söz atan qarşısında məni görəcək".
Vəlizadənin bu sözlərini proqramda qonaq olan Pərviz Bülbülə gülüşlə qarşılayıb.