-
- 25-11-2019, 11:45
- 1 000
"Duet ortağını pul verməyə yox, pul qazanmağa gətirirəm" PƏRVİZ AYRILDIĞI TÜRKANDAN DANIŞDI - VİDEO
Meyxanaçı Pərviz Bülbülə keçmiş duet ortağı Türkan Vəlizadədən danışıb.
News24.az xəbər verir ki, o, ATV-də yayımlanan "Ən yaxşısı" verilişində deyib ki, Türkanla ayrılması səbəbsiz deyil: "Kiməsə dəstək olmaq üçün mən duet ortağı axtarmazdım, yetim-yesir götürüb dəstək olardım. Öz sənətində rəqabət aparmalısan. Pul məsələləri işdə ən önəmli olan məsələdir. Türkan xanımla bağlı danışanda onu demişdim ki, mənim heç kimə borcum yoxdur, qapısını döyüm, deyim, gəl mənimlə toya gedək, pulunu da qoy cibinə. Niyə? Elə bir anlam var? Mən kiməsə dəstək olmaq üçün yola çıxmamışam. Sadəcə, layihə planlaşdırmışam, köməyə çağırmışam, dəstək olmuşam. O, mənə, mən ona kömək olmuşam. Duet ortağını pul verməyə yox, pul qazanmağa gətirirəm. Mən deyən adam, öncə güzgüyə baxsın. Məni də Pərviz edən adam var. Türkan qeyri-adi şey demir. Gərək o qədər pis hərəkət edim ki, o, xanımlığı ilə mənimlə duet oxumaq istəməsin. Mən o şəraiti yaratmaram. Damla ilə də duet oxumuşam, harda məni görür, "salam", "sağ ol" edir. Türkan nə deyəcək ki? Bizim aramızda sənət var, sənəd yoxdur. Türkan səhv elədi, dedi ki, mənə çörək verib. İnsan insana çörək verməz. Ayrılığa səbəb onun toya gəlməməsi deyil. Bir çox şeylər oldu, bitdi. Lampanı mən düzəltmişəm, o lampa mənim gözümə düşəndə xoşlamıram”.
Sevda Bayramova