Bu il güclü qasırğalar ola bilər – XƏBƏRDARLIQ
    • 30-05-2024, 19:41
    • 287

Bu il güclü qasırğalar ola bilər – XƏBƏRDARLIQ

ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) İqlim Proqnozlaşdırma Mərkəzinin sinoptikləri 2024-cü ildə baş verəcək güclü qasırğa mövsümü barədə xəbərdarlıq ediblər.

News24.az oxu.az-a istinadən bildirir ki, bu barədə NOAA-nın rəsmi saytında məlumat verilib.

Mütəxəssislərin fikrincə, qasırğa dövrü iyunun 1-dən noyabrın 30-dək davam edəcək. Bu il 17-25 fırtınanın baş verəcəyi ehtimalı var.

Alimlərin sözlərinə görə, tipik qasırğa mövsümündə adətən 14-ə qədər fırtına baş verir ki, bunlardan da üçü xüsusilə güclü olur.