Namiq Məna Xalq artistinə ev hədiyyə edib? – AÇIQLAMA
    • 30-05-2024, 21:11
    • 200

Namiq Məna Xalq artistinə ev hədiyyə edib? – AÇIQLAMA

Bir müddət bundan öncə meyxanaçı Namiq Mənanın Xalq artisti Fatma Mahmudovaya bahalı bağ evi hədiyyə etməsi ilə bağlı mətbuatda məlumat yayılmışdı.

Məsələ ilə bağlı Namiq Məna “danışa bilmirəm” deyib mövzudan yayınmışdı.

News24.az Medianews.az-a istinadən xəbər verir ki, Xalq artistinin qızı “Qaynarinfo”ya açıqlamasında Fatma Mahmudovaya bağ evi hədiyyə olunmadığını bildirib:

“Bu, bir şou idi. Nə bağ evi? Yalandır. Sadəcə, veriliş idi, həmin bağ evində çəkilirdi. Evin yiyəsini tanımırıq. Qonaq kimi iştirak edib çıxmışıq”.