-
- 26-10-2023, 11:09
- 352
"Oğlumun beynində şiş aşkarlandı" - Namiq Məna
Meyxanaçı Namiq Məna müğənni oğlu Mənanın beynində xoşxassəli şiş aşkarlandığını açıqlayıb.
News24.az Axşam.az-a istinadla xəbər verir ki, ifaçı bu haqda "Bizimləsən" proqramında danışıb. O bildirib ki, oğlunda bu halı 3 ay əvvəl aşkarlayıblar:
"Mənanın epileptik tutmaları olurdu. Sonra onu müayinələrdən keçirtdik, başında xoş xasisəli meningioma (ən çox rast gəlinən xoş xassəli baş beyin şişləri) var. Şükürlər olsun ki, oğlum əməliyyat olundu, müalicələr aldı. Hər şey indi normaldır".
Proqrama qonaq olan Məna da hazırda özünü yaxşı hiss etdiyini deyib.