-
- 30-05-2024, 21:51
- 394
Ürək xəstələri üçün TƏHLÜKƏLİ DÖVR - Ölümcül ola bilər...
Yaz aylarında havanın temperaturunun qəfil dəyişməsi, rütubət və təzyiq fərqlərinin orqanizmin müqavimətini azaltması soyuqdəymə, qrip və hətta pnevmoniya şikayətlərinin artmasına səbəb ola bilər.
News24.az Yenisabah.az-a istinadən xəbər verir ki, Kardiologiya Mütəxəssisi Tuna Katırcıbaşı bu barədə insanlara xəbərdarlıq edib. Bildirib ki, mövsümi keçidlər insan metabolizmində dəyişikliklərə səbəb olur:
“Bu xəstəliklər ürək sağlamlığı üçün təhlükə yaradır. Ürək xəstələri yuxarı tənəffüs yolu infeksiyalarına qarşı yay və qış aylarında daha diqqətli olmalıdırlar. Bu dövr xüsusilə ürək xəstəliyi olanlar üçün təhlükəli ola bilər. Diqqət edilməzsə, sadə tənəffüs yolları infeksiyası ürək xəstələri üçün ciddi problemə çevrilə bilər ki, bu da ürək əzələsinin iltihabına (miokarditə) səbəb olur”.
Katırcıbaşı araşdırmaların yay və qış aylarında infarkt nisbətlərində böyük fərqlərin olmadığını, lakin mövsümi keçidlərin hipertoniya hücumları baxımından nəzərə alınması lazım olan dövrlər olduğunu qeyd edib:
“Qrip hadisələrinin artmasına səbəb olan temperatur dalğalanmaları və bunun nəticəsində qrip dərmanlarının nəzarətsiz istifadəsi təzyiqi olan insanlarda təzyiq tənzimləməsinin pozulmasına səbəb ola bilər. Bu vəziyyət qan təzyiqinə bağlı olaraq, damarların tıxanması və qırılması, infarkt, ürək çatışmazlığı və insult kimi ölümcül nəticələrə səbəb ola bilər".
Kardioloq mövsümi keçidlərdə ürək sağlamlığı üçün edilə biləcəkləri açıqlayıb:
“Hava şəraitinin birdən-birə dəyişə biləcəyini nəzərə alaraq geyinin, 11.00-15.00 arası idman və ya məşq edin, həddindən artıq yağlı, şəkərli və duzlu qidalar qəbul etməkdən çəkinin, qanınızı ölçün. Siqaret çəkməyin, bol su için"