-
- 30-05-2024, 22:50
- 221
Torpaq sürüşməsi: Ölənlər var
Papua Yeni Qvineya səlahiyyətliləri ölkənin şimalında baş verən böyük sürüşmə nəticəsində dağıntılar altında sağ qalanların olmadığına inandıqlarını açıqlayıb. Bildirilib ki, dağıntı və palçıq altında qalanların dəqiq sayı hələlik məlum deyil.
təxminən bir həftə əvvəl sürüşmə baş verən əraziyə yardım çətin dağlıq relyef, əsas yoldakı körpünün zədələnməsi və ərazidəki qəbilələrarası iğtişaşlar səbəbindən planlaşdırılmışdan xeyli yavaş gəlib.
“Hazırda dağıntılar altında qalanların sağ qalacağı gözlənilmir, ona görə də cəsədləri yerin altından çıxarmaq üçün tam xilasetmə əməliyyatı aparılır”, - deyə Enqa əyalətinin təbii fəlakət komitəsinin rəhbəri Sandis Tsaka bildirib.
Rəsmilər bölgəyə onlarla əsgər, mühəndis, geoloq və səhiyyə işçisinin gəldiyini bildirib. Xilasetmə qrupları bu gündən qeyri-sabit yerdə ağır texnikadan istifadə etməyi planlaşdırır.
Qeyd edək ki, bir həftə əvvəl Enqa bölgəsi Yambalı kəndində uçan dağın altında nə qədər insanın basdırıldığı müəyyənləşdirilməyə çalışır.
Onu da bildirək ki, Tsaka, hökumətin ölənlərin sayı ilə bağlı hələ də əmin olmadığını söyləyib və əlavə edib: "Bu, yüzlərlə ilə 2,000 arasında bir rəqəm ola bilər. Sosial xəritəni tamamlamayana qədər sizə qəti cavab verə bilmərəm”.
İndiyədək çıxarılan altı cəsəddən ikisinin təbii fəlakət zonasından kənarda yaşadığı bildirilir. Bu, icmalar arasında həddindən artıq çox hərəkət olduğu fikrini gücləndirir.
Günel Məlikzadə