-
- 30-05-2024, 23:40
- 292
"Saudi Aramco" kütləvi təklifə hazırlaşır
Səudiyyə Ərəbistanı ən tez bazar günü neft nəhəngi Saudi Aramco-nun ikincil kütləvi təklifinə başlamağı planlaşdırır.
News24.az xəbər verir ki, kütləvi təklifə gələn həftənin cümə axşamına qədər davam edəcək.
Bloomberg-in hesabatına görə, Yaxın Şərq və Avropa investorları artıq Səudiyyə Aramco-nun ikinci dərəcəli kütləvi təklifi üçün 10 milyard dollardan çox qeyri-rəsmi tələb göstəriblər.
Qeyd edək ki, beş il əvvəl Aramco, təxminən 30 milyard dollarlıq ilkin kütləvi təkliflə dövrün ən böyük kütləvi təklifini həyata keçirib.
Günel Məlikzadə