Ata 3 uşağını öldürdü
    • 30-05-2024, 23:59
    • 439

Ata 3 uşağını öldürdü

Bursada rəssam Murat Kılıç 3 uşağını evinin zirzəmisində öldürüb.

News24.az xəbər verir ki, Murat Kılıçın həyat yoldaşı Gülay Kılıç ötən il 3 övladını qoyub evi tərk edib.

Zirzəmidə yaşayan Murat Kılıç qızları Zeynep və Aslını kəsici alətlə, oğlu Muhammet Ali Kılıçı isə boğaraq öldürüb.

Övladlarını öldürən Murat Kılıç daha sonrapolisə gedərək  "Üç uşağımı öldürdüm. Özümü öldürmək istədim, bacara bilmədim. Məlumatınız olsun" deyib. 

Qeyd edək ki, prokurorluğun araşdırmasından sonra Kılıç "qəsdən adam öldürmə" maddəsi ilə ittiham olunub və həbsxanaya göndərilib.

Günel Məlikzadə