Lemparda yeni müştəri
    • 31-05-2024, 10:33
    • 137

Lemparda yeni müştəri

Frenk Lempardın çalışdıra biləcəyi klub müəyyənləşib.

News24.az İdman.biz-ə istinadla xəbər verir ki, ingiltərəli mütəxəssis “Bernli”nin baş məşqçisi olmağa namizəddir.

Klub rəhbərliyi Vensan Kompaninin gedişindən sonra 45 yaşlı mütəxəssisi bu vəzifəyə gətirməyi planlaşdırır. Belçikalının yaxın günlərdə “Bavariya”nın “sükanı arxası”na keçəcəyi gözlənilir.

Qeyd edək ki, Lempard “Çelsi”dən ayrıldığı 2023-cü ilin yayından işsizdir.