"Real Madrid" Ançelottini bu baş məşqçi ilə əvəzləyəcək
    • 23-08-2023, 20:48
    • 203

"Real Madrid" Ançelottini bu baş məşqçi ilə əvəzləyəcək

Karlo Ançelotti 2024-cü ilin yayında "Real Madrid"dən ayrılaraq, Braziliya milli komandasını çalışdıracaq.

News24.az Sfera.az-a istinadən xəbər verir ki, italiyalı mütəxəssisin xələfi bəlli olub. "Relevo" nəşrinin məlumatına görə, "Bayer"i çalışdıran Xabi Alonso "Real"ın yeni baş məşqçisi ola bilər.

Klub rəhbərliyi 41 yaşlı mütəxəssisi Ançelottinin əsas əvəzedicisi kimi görür.

Qeyd edək ki, Ançelotti 2021-ci ilin yayından "Kral klubu"nun sükanı arxasındadır.