"Çelsi" PSJ-nin qapısını döyür - Bu oyunçuya görə
    • 24-08-2020, 17:24
    • 810

"Çelsi" PSJ-nin qapısını döyür - Bu oyunçuya görə

Fransa PSJ-si ilə müqaviləsi başa çatandan sonra azad agent statuslu futbolçu olan Tyaqo Silvanın yeni komandası müəyyənləşib. 

News24.az xəbər verir ki, 36 yaşlı braziliyalı müdafiəçi İngiltərənin "Çelsi" klubu ilə 2 illik müqavilə imzalayacaq.

O, Avropada daha 3-4 il oynamaq niyyətindədir. 

Silva Lissabondan Parisə qayıdan kimi London təmsilçisinin baş məşqçisi Frenk Lempardla danışacaq. 

Qeyd edək ki, Tyaqo Silva 2012-ci ildən PSJ-də çıxış edir. Paris təmsilçisi ötən gün Çempionlar Liqasının finalında Almaniya "Bavariya"sına uduzub - 0:1.