Rusiya və Ukrayna arasında ƏSİR MÜBADİLƏSİ
    • 31-05-2024, 16:15
    • 173

Rusiya və Ukrayna arasında ƏSİR MÜBADİLƏSİ

Rusiya ilə Ukrayna arasında yeni əsir mübadiləsi baş tutub.

News24.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə əldə olunan razılaşma çərçivəsində hər iki tərəf 75 hərbi əsiri təhvil verib.

RBS xəbər təşkilatının deputat Şəmsail Sarəliyevə əsaslanaraq verdiyi xəbərə görə, Ukrayna mübadilə çərçivəsində 45 rus əsgərinin meyitini Moskvaya verib.

Fevral ayında verdiyi açıqlamada Rusiya Müdafiə Nazirliyi Ukrayna ilə əsir mübadiləsi aparıldığını açıqlayıb.

Danışıqlar prosesi nəticəsində Kiyev administrasiyasının nəzarətindəki torpaqlardan 100 rus əsgəri geri alınıb, əvəzində isə 100 Ukrayna əsgəri təhvil verilib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri rus əsgərlərinin azad edilməsi prosesində humanitar vasitəçi rolunu oynayıb.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski fevral ayında verdiyi açıqlamada ümumilikdə 3 min 135 ukraynalının təhvil verildiyini açıqlayıb.

Günel Məlikzadə