Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutdu
    • 17-02-2023, 10:13
    • 287

Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutdu

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub.

News24.az
xarici KİV-ə istinadla xəbər verir ki, 202 nəfər qarşılıqlı olaraq tərəflərə qaytarılıb.

Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada bildirilib ki, aparılan danışıqlar nəticəsində 101 rus əsgəri Kiyev rejiminin nəzarətində olan ərazidən ölkələrinə qayıdıb: "Sərbəst buraxılan əsgərlər müalicə və reabilitasiya üçün Moskvaya aparılacaq. Əsirlikdən azad olunan əsgərlərin hər birinə lazımi tibbi və psixoloji yardım göstəriləcək".

Baş verən əsir mübadiləsi ilə bağlı açıqlama verən Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak isə bildirib ki, əsirlikdə 100 əsgərimiz və 1 mülki vətəndaşımız var: "Azad edilənlər arasında Milli Qvardiyanın əsgərləri və Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri də var”.

Yermak əlavə edib ki, yaralı məhbuslar müalicə üçün reabilitasiya mərkəzlərinə yerləşdiriləcək.

Qumral Əliyeva