Ukrayna və Rusiya əsirləri dəyişdi
    • 9-01-2023, 13:06
    • 280

Ukrayna və Rusiya əsirləri dəyişdi

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub.

News24.az xəbər verir ki, bununla bağlı Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak sosial media hesabında məlumat verib.

O bildirib ki, iki ölkə arasında 50 Ukrayna və 50 Rusiya əsgəri dəyişdirilib.

Yermak Ukrayna əsgərlərindən 33-nün zabit, 17-nin sıravi və çavuş olduğunu bildirib.

Qeyd edək ki, ötən il Ukrayna Rusiya ilə əsir mübadiləsi zamanı ümumilikdə 1596 əsgər və mülki vətəndaşı əsirlikdən azad edib.

Qumral Əliyeva