-
- 31-05-2024, 20:00
- 295
İran seçkilərində diqqət çəkən namizəd
İran parlamentinin keçmiş sədri, mötədil mühafizəkar kimliyi ilə tanınan Laricani prezident seçkilərində namizəd olmaq üçün müraciət edib.
News24.az KONKRET.az-a istinadən xəbər verir ki, onun namizədlik ərizəsi qəbul olunarsa, Laricani prezident seçkilərində ən güclü namizədlərdən biri ola bilər.
Onun artıq Daxili İşlər Nazirliyinə gələrək namizədlik üçün müraciət edib. Laricani deyib ki, ölkədəki bütün problemləri, o cümlədən dolanışıq problemini həll etmək olar.
Hazırda İran lideri Ayətullah Əli Xameneinin müşaviri vəzifəsini icra edən Laricani prezident seçiləcəyi təqdirdə sanksiyaların ləğvinin diplomatiyanın prioritetləri arasında olacağını bildirib.
2008-2020-ci illər arasında 12 il İran parlamentinin sədri vəzifəsini icra edən Əli Laricani mötədil mühafizəkar şəxsiyyəti ilə tanınır.
Parlament sədri, Ali Milli Təhlükəsizlik Şurasının Katibliyi, Mədəniyyət və İslami İrşad Nazirliyi və İran Radio və Televiziya Korporasiyasının prezidenti kimi vəzifələrdə çalışan Laricaninin 2021-ci il seçkiləri üçün namizədliyi ərizəsinə veto qoyulub. Konstitusiyanın Mühafizəçiləri Şurası indiyə qədər vetonun səbəbini açıqlamayıb.
Digər tərəfdən ölkə mətbuatında mayın 26-da çıxan xəbərlərdə Laricaninin bu dəfə Xameneidən namizədlik icazəsi aldığı iddia edilib.
Qeyd edək ki, prezident İbrahim Rəisi mayın 19-da helikopter qəzasında dünyasını dəyişdikdən sonra ölkədə prezident seçkilərinin iyunun 28-də keçirilməsinə qərar verilib.