Ahmet Uğurlu son səfərinə yola salındı
    • 31-05-2024, 17:31
    • 153

Ahmet Uğurlu son səfərinə yola salındı

Dünən dünyasını dəyişən 72 yaşlı Türk aktyor Ahmet Uğurlu dəfn edilib.

News24.az xəbər verir ki, Şakirin məscidində günorta saatlarında qılınan cənazə namazına ustad aktyorun həyat yoldaşı Necef Uğurlu və qardaşı Mustafa Uğurlu ilə yanaşı, teatr və kino dünyasının bir çox adı da qatılıb.

Mətbuata açıqlama verən Dövlət Teatrlarının baş direktoru Tamer Karadağlı Uğurlunun çox istedadlı və xüsusi aktyor olduğunu ifadə edərək, "Türk teatrı və kinosu üçün çox ağrılı itkidir. Dərdimiz sonsuzdur. Bunlar bizim ustadlarımızdır" deyib.

Aktyorun həyat yoldaşı Necef Uğurlu 40 ildir xoşbəxt evlilik yaşadıqlarını ifadə edib.


Günel Məlikzadə