Ahmet Kural və Sıla hadisəsində mesajlar ortaya çıxdı
    • 3-11-2018, 10:15
    • 1 092

Ahmet Kural və Sıla hadisəsində mesajlar ortaya çıxdı

Türk aktyoru Ahmet Kuralın müğənni Sılaya zor tətbiq etdiyi iddia edilən gecəylə bağlı şahid yazışmaları ortaya çıxdı.

Hadisəni eşidən və dünən şahid kimi ifadə verənlərdən birinin o gecə sevgilisinə "Ahmet Kural evində bir qızı çox pis döyür. Səsləri gəlir. Çox yaxındırlar..." şəklində mesaj atıb. Polisə şahid qismində ifadə verməyə çağrılan gənc qız mesajları prokurora göstərib. Həmin mesajları təqdim edirik.