FETÖ əməliyyatı: 12 həbs
    • 31-05-2024, 17:53
    • 285

FETÖ əməliyyatı: 12 həbs

Antalyada FETÖ/PDY-yə qarşı polis qrupları tərəfindən eyni vaxtda əməliyyat keçirilib.

News24.az xəbər verir ki, əməliyyat zamanı ByLock istifadəçisi olduğu təsbit edilən dövlət məmuru N.T., təşkilatın biznesmen strukturuna daxil olduğu təsbit edilən 7 şübhəli və axtarışda olan10 nəfər tutulub.

Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyə orqanlarına sövq edilən şübhəlilərdən 12-si həbs edilib, digərləri isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Günel Məlikzadə