-
- 1-06-2024, 14:34
- 312
Estoniya: Rusiya qalib gələrsə..
Estoniyanın baş naziri Kaja Kallas Rusiya-Ukrayna müharibəsi ilə bağlı qiymətləndirmələr edib.
News24.az-ın məlumatına görə, Kallas bildirib ki, Rusiya Ukraynadakı müharibədə qalib gəlsə və Baltikyanı ölkələrə üz tutacağı təqdirdə ölkəsinin “B planı yoxdur”.
BBC-yə danışan Kallas bəyan edib ki, əgər hər bir NATO müttəfiqi ölkəsi kimi ümumi daxili məhsulunun 1 faizindən çoxunu versəydi, Ukrayna müharibəni qazanardı.
O, Rusiya prezidenti Vladimir Putinin müharibənin bitəcəyi təqdirdə “Baltikyanı ölkələrin nəzarət altına almaq riskinə” hazır olmadığına da diqqət çəkib və əlavə edib: “Rusiyanın qalib gələcəyi təqdirdə bizim B planımız yoxdur. O zaman Ukraynaya Rusiyanı geri itələməsinə kömək edəcək A planına fokuslanmağı dayandırarıq".
Digər tərəfdən, bədbin olmamaq lazım olduğunu bildirən baş nazir, "Ukraynada qələbə sadəcə torpaq məsələsi deyil. Əgər, Ukrayna NATO-ya daxil olarsa, bir az torpağı olmasa belə, bu, qələbədir. Çünki, bu NATO-nun çətiri altında olmaq deməkdir”.
"Qərb ölkələri getdikcə aqressivləşən Rusiyanın ekzistensial təhlükəsi qarşısında oyanmalıdır" deyən Estoniya lideri əlavə edib: "Rusiya cəmiyyətimizə qorxu salmaq istəyir. Biz Aİ-nin bir çox yerində fərqli hibrid hücumlar görürük".
Günel Məlikzadə