"Belqorodu NATO üzvlüyünə dəyişməyə hazırıq" - ZELENSKİ
    • 21-08-2023, 13:08
    • 165

"Belqorodu NATO üzvlüyünə dəyişməyə hazırıq" - ZELENSKİ

“Biz Belqorodu (Rusiyanın Ukrayna ilə həmsərhəd regionu – red.) NATO üzvlüyünə dəyişməyə hazırıq”.

News24.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

O, bu barədə Danimarkanın baş naziri Mette Frederiksenlə birgə mətbuat konfransında bildirib.

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin NATO üzvlüyünü ərazilərlə mübadilə etmək “təkliflərinə” cavab verib.

Bu yaxınlarda Şimali Atlantika Müqaviləsi Təşkilatının baş katibinin aparat rəhbəri Stian Yensen bəyan etmişdi ki, Ukrayna Rusiya Federasiyasının işğal etdiyi ərazilərin mübadiləsi müqabilində NATO-ya üzv ola bilər.

Zelenski Yensenə etiraz edib və başqa variant təkliflə çıxış  edib. 

“Biz Belqorodu (Rusiyanın Ukrayna ilə həmsərhəd regionu – red.) NATO üzvlüyünə dəyişməyə hazırıq”.

Rusiyada isə Ukrayna rəhbərinin bəyanatına reaksiya veriblər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bununla bağlı aşağıdakıları bildirib.

“Görünür, o (Zelenski-red.) həddindən artıq dozada qəbul edib”.

 

Ayşən