"Rusiya yoxdursa, dünya da olmamalıdır" - Politoloq
    • 25-01-2024, 18:30
    • 169

"Rusiya yoxdursa, dünya da olmamalıdır" - Politoloq

“Avropa İttifaqını dağıtmaq marağında olan ABŞ-dır. Onun maraqlarına uyğun olaraq Avropa İttifaqı hərəkət etmir. Bəlkə də pərdəarxası Rusiya ilə razılaşdırılıb ki, Avropa yenidən əvvəlki statusuna qaytarılsın.Yəni Qərb hissəsinə ABŞ, Şərq hissəsinə isə Rusiya nəzarət etsin”.

Bu sözləri News24.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. O bildirib ki, burada pərdəarxası çox güclü oyun gedir:

“Ukrayna ilə razılaşma olmasaydı, NATO və Qərb ölkələri ümumiyyətlə Ukraynanın arxasından çəkilməzdi. Ona görə Baltikyanı ölkələrindən bunu daha çox Litva qızışdırır. Çünki orada neofaşizim çox güclənib. Rusları və başqalarını sıxışdırırlar. Onlarda bunu məhz o müstəviyə keçirmək istəyirlər. Çünki qorxurlar ki, Rusiya bunlara cavab verər. Rusiyanın hazırda elə bir imkanı yoxdur ki, Ukrayna müharibəsini hələ başa vurmamış Baltikyanı ölkələrə də girsinlər. Baltikyanı ölkələrinə Rusiyanın elə də böyük marağı yoxdur. Axı Rusiya Kalinqrad vilayəti onunla anklavdır və ora keçib gedən zaman da Rusiyada hələki problem yaradılmır. Yəni hər hansı bir problem yaradılsa, bu məsələlər müzakirə oluna bilər. 

Ekspertin sözlərinə görə, ABŞ siyasətçiləri daha çox qaşınmayan yerdən qan çıxarırlar:

“Daha doğrusu, onlar əvvəlcə həyata keçirmək istədikləri barədə dezinformasiya yayırlar, alınanda alınır, alınmayanda deyir ki, Rusiya qorxdu. Bu yanaşmanın hər iki tərəfində Rusiyanın əleyhinə fikirlər və siyasət var. Rusiya ilə NATO toqquşması mümkünsüzdür. NATO ölkələri də başa düşür ki, əgər məsələ ciddiləşərsə, Rusiya mütləq nüvə başlıqlarından istifadə edəcək. Putin dəfələrlə bildirib ki, Rusiya yoxdursa, dünya da olmamalıdır. Belə bir şəraitdə ölkələr məhv olacaqsa, niyə onlar özlərini bilə-bilə oda atsınlar. Ona görə də, bu müharibənin olma ehtimalı çox aşağıdır.

Mehriban Mirzəzadə