Yaşlı qadını 2 dəfə zorlamışdı, 20 il sonra tutuldu
    • 1-06-2024, 15:59
    • 266

Yaşlı qadını 2 dəfə zorlamışdı, 20 il sonra tutuldu

Rusiyanın Lipetsk vilayətində pensiyaçını iki dəfə zorlayan və qarət edən şəxs 20 ildən sonra tutulub.

News24.az Lent.az-a istinadən bildirir ki, istintaqın məlumatına görə, hadisə 2004-cü ildə Kazinka kəndində baş verib. Dəmir qırıntıları axtaran 15 yaşlı oğlan 80 yaşlı qadının evinə gəlib. Təqaüdçü yeniyetməni qovmağa çalışsa da, məktəbli evə soxularaq yaşlı qadını zorlayıb.

Dörd gündən sonra o, yenidən qadının evinə soxulub. Onu yenidən zorlayıb, qoyun dərisini oğurlayıb və yoxa çıxıb.

Zərərçəkmiş polisə şikayət edərək qonşularının oğlunu cinayətdə ittiham etsə də, ekspertiza gəncin zorlamada iştirakını müəyyən etməyib. 20 il sonra müstəntiqlər cinayət yerindən bioloji materialı yenidən sınaqdan keçirərək yerli sakinin DNT-si ilə uyğunluq tapıblar.

Həmin şəxs saxlanılıb, məlum olub ki, o, dəfələrlə zorlama, quldurluq və oğurluqda məhkum olunub. Təcavüzkar törətdiyi cinayəti etiraf edib.