Azərbaycanda ŞOK HADİSƏ - Evində zorlanan qadın öldü
    • 21-06-2022, 11:53
    • 641

Azərbaycanda ŞOK HADİSƏ - Evində zorlanan qadın öldü

Keçən ilin sentyabr ayında Ağdaşın kəndlərindən birində qonşusu tərəfindən zorlanan 68 yaşlı Mahirə Səmədovanın (şərti ad-soyad) hadisədən bir neçə gün sonra vəfat etiyi məlum olub.

News24.az-ın əldə etdiyi məlumata görə, tək yaşayan 1964-cü il təvəllüdlü qadını zorlayan və ona qarşı quldurluq hərəkətləri edən Ağdaş sakini, 1982-ci il təvəllüdlü Azər Məlikov (şərti) həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 149, 150 və 181-ci (zorlama, seksual xarakterli zorakılıq hərəkətləri və quldurluq) maddələri ilə iş açılıb. 

Araşdırmalar zamanı məlum olub ki, Azər kənddə yaşadğı evin həyətində kiçik mağaza işlədən yaşlı qadının evdə tək olmasını bilib və onu zorlamaq, həmçinin pullarını ələ keçirmək qərarına gəlib. Bu məqsədlə o, senyabrın 9-da axşam saatlarında Mahirənin yaşadığı evin həyətinə soxulub və məznilin işığını söndürüb. Saat 23 radələrində qadının yatdığını görən şəxs evə soxularaq ona təcavüz edib. Qadını vəhşicəsinə döyən 40 yaşlı şəxs onunla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub, sonra isə pul tələb edib. O, Mahirəni həyətdəki mağazaya apararaq pulları verməsini istəyib. 68 yaşlı qadın mağazanın qıfılını açdıqdan sonra içəridəki bıçağı götürərək özünü müafiə etməyə çalışsa da, Azər bıçağı onun əlindən alıb və mağazadan 120 manat pulu götürərək uzaqlaşıb.

Zərərçəkmiş şəxs qismində tanınan qadında tibbi müayinə zamanı çoxsaylı bədən xəsarətləri aşkar edilib. Lakin hadisədən bir neçə gün sonra o vəfat edib.

Hadisəyə gəlincə, Azərin pulları ələ keçirib qaçmasından sonra Mahirə Səmədova başına gələnlər barədə qohumlarına bildirib və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Törətdiyi əmələ görə tutulan şəxs cinayəti Elvin adlı dostu ilə birgə etdiyini bildirsə də, istintaq zamanı bu iddia təsdiqini tapmayıb.
Daha sonra cinayət işinin materialları Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə prosesi bir neə gün əvvəl başa çaıb. Yaşlı qadını zorlayan, ona qarşı quldurluq edən, həmçinin digər seksual xarakterli hrəkətlərə yol verən şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.