-
- 1-06-2024, 19:50
- 262
"Anam, atam zəng vurdu ki, hara gedirsən? "
"Rahat olmadığım yerə getmirəm. Aparıcılara deyirəm ki, canımsan, səni çox istəyirəm, amma gəlmirəm. Bu yaxınlarda dedim ki, Rusiyaya tez-tez gedib gələcəyəm. Anam, atam zəng vurdu ki, hara gedirsən? Pis oldum, mənim getməyimi istəyirsiniz? Azərbaycansız ürəyim dayanar, ölərəm. Torpağıma bağlı adamam".
News24.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "Günaylı gün" verilişində deyib.
Bir neçə gün əvvəl Xatirə müvəqqəti olaraq Rusiyada yaşayacağını deyib. Sənətçi bildirib ki, həmin açıqlamadan sonra ailəsi və onu toya dəvət edənlər narahat olub:
"Burada toylar yazılıb. Mənə yazıb, narahat olurlar. Hamı necə, mən də elə. Əmilərim 30 ildən çoxdur Rusiyada yaşayır. Öz ailəvi, nəslimizə aid işdir. Oğlumun məktəbi var, birdəfəlik gedə bilmərik. Yazılanlardan o qədər narahat oldum ki, hətta imtina etməyi düşündüm. Amma istəmirəm ki, həmin açıqlama işimə ziyan vursun".
Qeyd edək ki, Xatirə "İnşallah ki, sentyabrdan bir neçə il müvəqqəti olaraq Moskvada yaşayacağıq. Çünki həyat yoldaşım Fəxrəddinin orada kursları olacaq. İşlərimə görə Azərbaycana da gələcəyəm" açıqlamasını vermişdi.