Hadise aktrisalığa başlayır - FOTO
    • 2-06-2024, 12:54
    • 169

Hadise aktrisalığa başlayır - FOTO


Məşhur türkiyəli müğənni Hadise aktrisalıq etməyə hazırlaşır.

News24.az olay-a istinadən xəbər verir ki, ifaçı yaxın rəfiqəsi aktrisa Seda Bakanla birlikdə "Esas oğlan" adlı seriala çəkiləcək.

"GAİN" platformasında yayımlanacaq ekran işi səkkiz bölümdən ibarət olacaq. Yay mövsümündə layihənin çəkilişlərinə start veriləcək.

Qeyd edək ki, bir müddət əvvəl sənətçinin rol alacağı seriala görə 10 milyon lirə (527 min manat) qonorar alacağı ilə bağlı türk mətbuatında xəbərlər dərc olunmuşdu.