Sahibkar idi, prezident oldu

Sahibkar idi, prezident oldu Dünya


Sahibkar və investor Halla Tomasdottir İslandiyada keçirilən prezident seçkilərində qalib gəlib. 

News24.az "Unikal"a istinadən xəbər verir ki, Tomasdottir 34,3% səslə qələbə qazanıb.

Keçmiş baş nazir Katrin Yakobsdottir 25,2% və Halla Hrund Loqadottir isə 15,5% səs toplayıb.

55 yaşlı Tomasdottir avqustun 1-də vəzifəsinin icrasına başlayacaq.