İsrail Hizbullaha zərbələr endirdi
    • 4-02-2024, 22:36
    • 161

İsrail Hizbullaha zərbələr endirdi

İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Hizbullah mövqelərinə silsilə zərbələr endirib.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu əməliyyat Livandan İsrailin şimalına hücumlara cavab olaraq həyata keçirilib.

ÇAXAL qırıcıları Hizbullahın buraxılış qurğusuna, həmçinin Blida və Meys əl-Cəbəldə müşahidə məntəqələrinə zərbələr endirib.

Bundan əlavə, İsrail tankları Blidada Hizbullah hücrələrini də atəşə tutub.