Gürcüstan parlamenti “xarici agent” qanununu imzaladı
    • 3-06-2024, 12:41
    • 206

Gürcüstan parlamenti “xarici agent” qanununu imzaladı

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili mütərəqqi “xarici agent” qanununu imzaladığını açıqlayıb.

News24.az xəbər verir ki, "Bu gün mən xarici təsirin şəffaflığı haqqında qanunu imzaladım. Qanunun əsas məqsədi Gürcüstanın siyasi, iqtisadi və sosial sistemlərinin davamlılığını gücləndirməkdir", - Papuaşvili bu gün verdiyi açıqlamasında bildirib.

“Xarici təsirin şəffaflığı” qanun layihəsində vəsaitlərinin 20 %-dən çoxunu xaricdən alan bütün təşkilatlar xarici təsir agenti kimi qeydiyyatdan keçməlidirlər və buna əməl etməyənlər cərimələnəcəklər.

Qeyd edək ki, Parlament çoxluğunun lideri Mamuka Mdinaradze aprel ayında qanun layihəsi səsvermə zamanı verdiyi açıqlamada Gürcüstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsinin 90 %-dən çoxunun şəffaf olmadığını müdafiə edib.

BU “RUSİYA QANUNU” KİMİ GÖRÜNÜR

Qərbin qınamasına və prezidentin vetosuna baxmayaraq qəbul edilən qanun layihəsi ölkədə şiddətli kütləvi etirazlara səbəb olub.

Etiraz zamanı polisin sərt müdaxilələri olub, çoxlu sayda insan saxlanılıb.

Qanuna reaksiya verənlər bunun “Rusiya qanunu” olduğunu deyir və Rusiyada müxalifəti sıxışdırmaq üçün tətbiq edilən qanunlarla müqayisə edirlər.

Günel Məlikzadə