Gürcüstanda“xarici agentlər” haqqında qanun qəbul edilib
    • 7-03-2023, 20:44
    • 719

Gürcüstanda“xarici agentlər” haqqında qanun qəbul edilib

Gürcüstan parlamenti “xarici agentlər” haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.

News24.az-ın xəbərinə görə, iclas qanunverici orqanın saytında canlı yayımlanıb.

"76 lehinə, 13 əleyhinə səs. Qanun layihəsi birinci oxunuşda qəbul edilib", - parlamentin spikeri Şalva Papuaşvili səsvermədən sonra bildirib.

Qeyd edək ki, fevralın 14-də “Xalqın gücü” hərəkatı tərəfindən Gürcüstan parlamentinə təqdim edilmiş “Xarici təsirlərin şəffaflığı haqqında” qanuna əsasən illik gəlirinin 20 faizdən çoxunu xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan, Gürcüstan vətəndaşı olmayan qurum və şəxslərdən əldə edən və dövlət tərəfindən təsis edilməyən media orqanları və QHT-lər Gürcüstandakı “xarici təsir agenti” kimi reyestrdən keçməli olacaqlar. Reyestrdən keçməyənlər 25 000 lari (9 500 dollar) cərimə ediləcəklər.

Müstəqil ekspertlər qanunun Gürcüstanda söz və mətbuat azadlığını məhdudlaşdıracağını, ölkənin Avro-Atlantik inteqrasiyasının qarşısını alacağını bildirirlər. ABŞ, Avropa İttifaqı, BMT və Gürcüstanın bir sıra beynəlxalq tərəfdaşları qanun layihəsini tənqid edib.