-
- 8-04-2024, 23:55
- 385
Zurabişvili qalmaqallı qanuna veto qoyacaq
Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcü Arzusu Partiyasının parlamentə təqdim etdiyi “Xarici təsirlərin şəffaflığı haqqında” (“xarici agentlər”) qanun layihəsi qəbul olunarsa, sənədə veto qoyacaq.
News24.az xəbər verir ki. bu barədə onun parlament katibi Georgi Msxiladze məlumat verib.
Bu gün o, qanun layihəsinə baxılan Büro iclasında iştirak edib. Gürcüstan parlamentinin Bürosu “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini təsdiqləyib. İndi sənədə Məhkəmə-Hüquq Komitəsinin 12 aprel iclasında baxılacaq.
Qeyd edək ki, Gürcüstandakı xarici diplomatik korpusun nümayəndələri qanun layihəsi ilə bağlı narahatlıqlarını ifadə ediblər və bunun Gürcüstanın Avropaya inteqrasiyasını təhlükə altına qoyduğunu bildiriblər.