"Netanyahu döyüşməkdə qərarlıdır"
    • 3-06-2024, 14:19
    • 223

"Netanyahu döyüşməkdə qərarlıdır"

ABŞ Dövlət Departamentindən verilən açıqlamaya görə, ABŞ dövlət katibi Antoni Blinken və İsrailin Müharibə kabinetinin üzvü Benni Qantz Qəzzada atəşkəs rejimini müzakirə ediblər.

News24.az xəbər verir ki, görüş zamanı “əsirlərin mübadiləsini və Qəzzaya humanitar yardımı artıracaq” atəşkəs təklifi müzakirə edilib.

“HƏMAS QƏBUL ETMƏLİDİR”

Görüş zamanı Blinken "tam atəşkəs" təklifinin bütün əsirlərin azad edilməsini təmin edəcəyini və Qəzzaya humanitar yardım axınını artıracağını ifadə edərək, "Həmas gecikmədən bu razılaşmanı qəbul etməlidir" deyib.

Blinken əsirləri ailələri ilə qovuşdurmaqla yanaşı, qeyd edib ki, bu təklif İsrailə Livan sərhədində “sakitlik imkanlarını açmağa” imkan verəcək.

NETANYAHU MÜBARİZƏ ETMƏKDƏ QƏRARLIDIR

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında bütün məqsədlərə çatana qədər müharibənin davam etdirilməsində israrlı olduğunu bildirib.

Günel Məlikzadə