Kritik görüş: Netanyahu və Blinken
    • 24-03-2024, 10:00
    • 2 836

Kritik görüş: Netanyahu və Blinken

2023-cü il oktyabrın 7-də İsrail-Həmas qarşıdurmaları başlayandan bəri altıncı dəfə Yaxın Şərqə gedən ABŞ dövlət katibi Antoni Blinken Tel-Əvivdə Netanyahu ilə görüşüb.

News24.az xəbər verir ki, İsrail Baş Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada Blinkenin Netanyahu ilə görüşündən sonra Döyüş Nazirləri Kabinetinin üzvləri ilə görüşəcəyi bildirilib.

İsrailin baş naziri Binyamin Netanyahu görüşlə bağlı açıqlamasında Blinkenə "Rifaha girəcəyik" dediyini bildirib.

“Ümid edirəm ki, bunu ABŞ-ın dəstəyi ilə edəcəm, amma məcbur olsaq, bunu təkbaşına edəcəyik”, - Netanyahu deyib.

ABŞ-lı nazirin Qəzzada atəşkəs və girov razılaşması üçün danışıqların yer aldığı Yaxın Şərq səfəri üçün verdiyi ilk açıqlamada İsrailə getməyəcəyi bildirilib.

Lakin sonradan bu qərar dəyişdirilib.

Günel Məlikzadə