Bakıda HAMAMDA OLAY: masajçı qadını soydular
    • 3-06-2024, 20:11
    • 156

Bakıda HAMAMDA OLAY: masajçı qadını soydular

Bakıda masajçı hamamda qarət edilib. 

News24.az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Ak.H.Əliyev küçəsində yerləşən hamamda qeydə alınıb.

Orada masajçı işləyən Bakı şəhər sakini S.Nuriyevanın 2200 manat pulu oğurlanıb.

Zərərçəkən bu barədə polisə məlumat verib. 

Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan şikayət əsasında həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində masajçının pulunu oğurlayan hamamın digər masajçısı M. Rüstəmova olması müəyyən edilib və o saxlanılıb.