Bakıda mənzildən 3500 manatlıq oğurluq edən DƏSTƏ ƏLƏ KEÇDİ
    • 25-04-2020, 10:10
    • 829

Bakıda mənzildən 3500 manatlıq oğurluq edən DƏSTƏ ƏLƏ KEÇDİ

Bakıda mənzil qarət olunub.

Hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
Nərimanov rayonu, S.Rəhmanov küçəsində E.Məmmədova məxsus mənzilə daxil olan naməlum şəxslər oradan 450 manat pul və 3 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.
Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, 1997-ci il təvəllüdlü Mahir Mehdiyev və Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsilə əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü İlqar Həbibov müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanıb./Trend/