-
- 3-06-2024, 23:10
- 272
Hakan Fidan Pekində
Türkiyə xarici işlər naziri Hakan Fidan Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yinin dəvəti ilə Çinin paytaxtı Pekinə rəsmi səfərə gəlib.
News24.az xəbər verir ki, nazir Fidan səfəri çərçivəsində Çin və Qloballaşma beyin mərkəzində “Dəyişən dünya nizamında Türkiyə-Çin münasibətləri” mövzusunda çıxış edib.
Fidan daha sonra Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Siyasi və Hüquqi Məsələlər Komissiyasının sədri Çen Vençinq ilə görüşüb.
Günel Məlikzadə