-
- 20-05-2024, 23:20
- 278
Nazir Fidan Dar ilə görüşdü
Türkiyə xarici işlər naziri Hakan Fidan Pakistanın paytaxtı İslamabadda təmaslarına başlayıb.
News24.az xəbər verir ki, nazir Fidan səfəri çərçivəsində Pakistan Baş nazirinin müavini və Xarici İşlər Naziri Məhəmməd İshak Dar ilə görüşüb.
Bildirilib ki, görüş zamanı ikitərəfli əlaqələr və 7-ci Pakistan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasına hazırlıq məsələləri müzakirə olunub.
Günel Məlikzadə