Kafkanın Eynşteynə yazdığı məktub hərraca çıxarılır
    • 3-06-2024, 23:00
    • 253

Kafkanın Eynşteynə yazdığı məktub hərraca çıxarılır

Məşhur yəhudi əsilli Avstriya yazıçısı olan Frans Kafkanın məktubu hərraca çıxarılır.

News24.az "Unikal"-a istinadən xəbər verir ki, yazıçının Albert Eynşteynə yazdığı məktub aksion evində satışa çıxarılacağı bildirilib.

Müəllifin vərəmlə mübarizə apararkən yazdığı məktubda "ağlına yazmağa bir şey gəlməməsindən" şikayətlənir. Qeyd edək ki, 20-ci əsr ədəbiyyatının ən önəmli adlarından sayılan roman və povest yazıçısı Frans Kafka 1923-cü ildə 40 yaşında vərəm xəstəliyindən vəfat edib.