YouTube-da zirvə dəyişdi: MrBeastdən rekord
    • 3-06-2024, 17:47
    • 125

YouTube-da zirvə dəyişdi: MrBeastdən rekord

MrBeast kimi tanınan əsl adı Jimmy Donaldson olan YouTuber gündəlik abunəçi rekordu qırıb.

News24.az xəbər verir ki, əyləncə məzmunu istehsal edən kanal 1 iyun şənbə günü Hindistanın T-Series səsyazma şirkətini geridə qoyaraq birinci yerə yüksəlib.

Qeyd edək ki, gündə orta hesabla 250 min yeni abunəçi qazanan kanal 269 milyon izləyiciyə çataraq YouTube-da ən çox izləyicisi olan kanal olub.

MrBeast, əvvəllər X hesabında ən çox izləyicisi olan başqa bir məzmun yaradıcısı Pewdiepie-yə istinad edərək xəbəri paylaşıb; "Altı ildən sonra biz nəhayət Pewdiepie-dən qisas aldıq".

Günel Məlikzadə