zarafat ölümlə nəticələndi - Küçənin ortasında güllələndi - FOTO
    • 30-12-2018, 10:29
    • 693

zarafat ölümlə nəticələndi - Küçənin ortasında güllələndi - FOTO

Pakistanli bloqer Ran Zuxayr zarafat oyunu zamanı öldürülüb.

Bloqer başına döşəkağı salaraq xəyalət obrazında parkda istirahət edən adamları qorxudarkən buradan keçən bir kişi onu güllə ilə vurub.

O, yerindəcə keçinib. Bildirilir ki, üç dost “YouTube”da kanal açaraq şəhərin müxtəlif yerlərində tanımadıqları adamları müxtəlif
yollarla qorxudaraq bu kanalda yerləşdiriblər. Bir ay ərzində onlar 3 mindən çox abunəçi və 100 min baxış
toplayıblar.

Polis Ran Zuxayrın iki dostunu təhrikçilikdə günahlandıraraq saxlayıb.

 //Azərtac