Pula görə qardaşını bıçaqlayıb öldürdü
    • 3-06-2024, 18:36
    • 251

Pula görə qardaşını bıçaqlayıb öldürdü

İstanbulun Arnavutköy səmtində qardaşlar arasında dava baş verib.

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki qardaş atalarına paltaryuyan maşın almaq üçün ailə arasında pul toplayıblar.

Pulun üstündə şifahi mübahisədən sonra qardaşlar söhbət etmək üçün parkda görüşüblər. Görüş zamanı onların arasında mübahisə yaranıb və davaya çevrilib. 

Bir-birinə hücum edən qardaşlardan biri S.T böyük qardaşı Cəmil T.-ya çoxsaylı bıçaq zərbəsi vurub. Hadisə nəticəsində  Cəmil. T dünyasını  dəyişib. S. T isə qısa zamanda polis tərəfindən saxlanılıb.