Göldə boğularaq ölən 12 yaşlı Yusifin FOTOSU
    • 4-06-2024, 12:27
    • 171

Göldə boğularaq ölən 12 yaşlı Yusifin FOTOSU

Dünən Quba rayonunun Digah kəndi yaxınlığındakı süni göldə yeniyetmə batıb.

News24.az publika.az-a istinadla xəbər verir ki, 2012-ci təvəllüdlü Yusif Elşad oğlu Ələsgərov suda boğularaq ölüb.

Qeyd edək ki, Y. Ələsgərovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faciəli şəkildə ölən yeniyetmənin fotosunu təqdim edirik: