Ayı Vardanyanı parçaladı
    • 4-06-2024, 12:34
    • 180

Ayı Vardanyanı parçaladı

Ermənistanın Vayots Dzor bölgəsində ayı kişiyə hücum edib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, saat 08:30 radələrində Ermənistan Daxili İşlər Nazirliyinin Vayots Dzor vilayət polis idarəsi və Yeqqnadzor polis şöbəsinə rayonun Arates kəndində ayının bir şəxsə hücum etməsi barədə məlumat daxil olub.

Qurban 38 yaşlı Artabuynk kənd sakini Leva Vardanyandır. O, meşədə göyərti yığarkən qəfildən ayı ona hücum edib. Hazırda həkimlər kişinin həyatı üçün mübarizə aparır.