Bakıda komendantın üstünə adam düşdü, ikisi də öldü
    • 4-06-2024, 13:34
    • 188

Bakıda komendantın üstünə adam düşdü, ikisi də öldü

Bakıda iki nəfərin ölümü ilə nəticələnən hadisə baş verib.

News24.az lent.az-a istinadla bildirir ki, hadisə Nizami rayonu ərazisində "Siyaqut" şadlıq sarayının yaxınlığında qeydə alınıb.

Adı hələlik məlum olmayan gənc oğlan hündürmərtəbəli binanın 16-cı mərtəbəsindən yıxılıb. Bu zaman o, həmin binadan çıxan bir nəfərin üzərinə düşüb. Onun komendant olduğu bildirilir.

Nəticədə oğlan və komendant yerindəcə keçiniblər.