Bakıda gənc qız özünü 14-cü mərtəbədən atdı
    • 28-12-2018, 11:25
    • 2 212

Bakıda gənc qız özünü 14-cü mərtəbədən atdı

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Hadisə paytaxtın Nizami rayonu, Ş.Mirzəyev küçəsi 1C, mənzil 88 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1999-cu il təvəllüdlü Aytac Anar qızı Hüseynova yaşadığı binanın 14-cü mərtəbəsindən özünü atıb. O, birinci mərtəbədə quraşdırılmış beton örtüyün üzərinə düşüb. Nəticədə aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

A.Hüseynovanın özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

//OpenAz