"Plastik əməliyyatım ürəyimin gözəlliyidir"
    • 4-06-2024, 19:11
    • 211

"Plastik əməliyyatım ürəyimin gözəlliyidir"

Xalq artisti Məleykə Əsədova plastik əməliyyat etdirməsi iddialarına cavab verib.

News24.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa bıçaq altına yatmadığını söyləyib. "Qonaqcanlı" verilişinə gələn Əsədova aparıcı Aytəkin Mərdanovanın "Dəyişilmisiniz, əməliyyat olub" sualına belə reaksiya verib:

"O qədər problem olur ki... Teatr vaxtı əməliyyat olur? İllərdir deyirlər əməliyyat. Plastik əməliyyat mənim ürəyimdir. Gözəl saxlayıb, gözəlləşirəm. Əməliyyatı yayda etdirəcəyəm".