"Rusiyaya silahlar ABŞ və Qərbdən gedir"
    • 4-06-2024, 16:04
    • 199

"Rusiyaya silahlar ABŞ və Qərbdən gedir"

Ukrayna prezidenti Zelenski Şanqri-La Dialoq Sammitində Çinin Rusiyaya silah göndərdiyini bildirib.

News24.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Çinin Rusiyaya silah vermədiyini deyib.

Ninq silah məsələsində, "Çin nə Ukrayna böhranının yaradıcısı, nə də bu böhrana qarışan tərəfdir. Biz həmişə sülh və dialoqun dəstəklənməsinin tərəfdarı olmuşuq. Çin müharibə edən tərəflərə silah vermir və beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə qəbul edilən ikili istifadə məhsullarına nəzarət edir. Çin və Rusiya arasında normal ticarət Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına və bazar prinsiplərinə uyğundur. Heç bir üçüncü tərəfi hədəf almır. Məlumatlar Rusiyaya silah hissələri və ikili təyinatlı məhsulların idxalının 60 faizindən çoxunun ABŞ və digər Qərb ölkələrindən olduğunu göstərir".

Günel Məlikzadə