Nüvə silahı ilə bağlı İrana daha bir XƏBƏRDARLIQ
    • 4-06-2024, 21:33
    • 160

Nüvə silahı ilə bağlı İrana daha bir XƏBƏRDARLIQ

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi Agentliyin İdarə Heyətində İran rejiminin nüvə silahı məsələsinə daha aqressiv yanaşa biləcəyi ilə bağlı xəbərdarlıq edib. 

News24.az Musavat.com-a istinadən bu barədə Azad İran telegram kanalına istinadən xəbər verir. 

Qrosdi deyib: "İranın zənginləşdirilmiş uran ehtiyatları 60%-ə qədər artır. İran hökuməti ilə danışıqlarda heç bir irəliləyiş əldə etmədik".

Qrossi İranın Vəramin və Turquzabad şəhərlərindəki mərkəzlərdə zənginləşdirilmiş uran izlərinin olması ilə bağlı düzgün hesabatın olmadığını bir daha bəyan edib.