-
- 4-06-2024, 18:19
- 188
Polşa XİN başçısının müavini Bakıya gəldi
Polşa xarici işlər nazirinin müavini Marek Pravda Bakıya gəlib.
News24.az bu barədə Polşanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.
Nazir müavininin səfərinin məqsədi Azərbaycan və Polşa Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrdə iştirak etməkdir.
Səfər çərçivəsində Marek Pravda Bakıda Şəhidlər Xiyabanını ziyarət edib, “Əbədi məşəl” abidəsi önünə gül dəstələri qoyub.