Daha bir məktəbli özünü pəncərədən atdı
    • 13-05-2019, 16:53
    • 3 773

Daha bir məktəbli özünü pəncərədən atdı

Bu gün sosial şəbəkələrdə Bakı şəhəri 273 saylı tam orta məktəbdə şagirdin özünü pəncərədən atması xəbəri yayılıb.

Məlumatda bildirilir ki, məktəbdə tənəffüs zamanı, saat təxminən 11:20 radələrində məktəbin VIII sinif şagirdi (şagirdin adı qeyd olunmur) dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıb və bədəninin müxtəlif nahiyələrindən zədələr alıb. Dərhal təcili tibbi yardım çağırılıb, şagirdin valideynlərinə xəbər verilib. Hazırda uşaq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Bakı Şəhər Təhsil İdarəsindən News24.az-a bildirilib ki, hadisə ilə bağlı xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək: "Təhsil müəssisələrində uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır və bu kimi hallara qarşı ciddi tədbirlər görülür".

Afaq Mirayiq